Главная > Kriminal / Manset > Əmisioğlunun üstündən maşınla keçməyə cəhd edən şəxsin işi məhkəməyə göndərilib

Əmisioğlunun üstündən maşınla keçməyə cəhd edən şəxsin işi məhkəməyə göndərilib


12-08-2021, 17:25. Разместил: azadses
09.02.2021-ci il tarixdə İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edib, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində “Toyota Land-Cruiser” markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Вернуться назад