Главная > Kriminal / Manset > Dəymədağıldı kənd sakinindən külli miqdarda narkotik aşkarlandı
Dəymədağıldı kənd sakinindən külli miqdarda narkotik aşkarlandı6-08-2021, 07:35. Разместил: azadses |
![]() Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Вернуться назад |