Главная > Kriminal > Bakıda ər və arvad arasında qanlı savaş: Bir-birilərinə 15 bıçaq zərbəsi vurdular
Bakıda ər və arvad arasında qanlı savaş: Bir-birilərinə 15 bıçaq zərbəsi vurdular30-05-2021, 17:23. Разместил: azadses |
Bakıda ər və arvad bir-birini bıçaqlayıb. “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində yeddi ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində səkkiz ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır. Вернуться назад |