Главная > Kriminal / Manset > Bakıda 33 yaşlı kişiyə balta ilə xəsarət yetirildi

Bakıda 33 yaşlı kişiyə balta ilə xəsarət yetirildi


25-05-2021, 09:00. Разместил: azadses
Bakıda iki nəfər arasında insident baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Cavadov Hüseyn Emin oğlu tanışı tərəfindən başından balta ilə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona başın təpə nahiyəsinin çoxsaylı yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад