Главная > Kriminal / Manset > Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 100-ə yaxın şəxs saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 100-ə yaxın şəxs saxlanılıb


29-03-2021, 16:00. Разместил: azadses
Respublika daxili işlər orqanları tərəfindən şənbə və bazar günləri ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılıb. 
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalan səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

Вернуться назад