Главная > Kriminal / Manset > Evləri və avtomobili qarət etməkdə şübhəli bilinənlər saxlanıldı

Evləri və avtomobili qarət etməkdə şübhəli bilinənlər saxlanıldı


23-03-2021, 16:00. Разместил: azadses

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki iki evdən ümumilikdə 1 700 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Əliyev və T.Rüstəmov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Həmin şöbənin digər əməliyyatı ilə martın 21-də rayon ərazisində bir avtomobildən 2 400 manat və 4 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılıb.

Вернуться назад