Главная > Kriminal > Cəlilabadda eyni mağazadan növbəti oğurluq olub

Cəlilabadda eyni mağazadan növbəti oğurluq olub


11-03-2021, 11:30. Разместил: azadses
Cəlilabad rayonunda mağazadan oğurluq olub.
“Report” xəbər verir ki, hadisə Uzuntəpə kəndində, Ruslan İsayevə məxsus ərzaq mağazasında qeydə alınıb.
Belə ki, bir və ya bir neçə naməlum şəxs gecə saatlarında mağazaya daxil olub. Mağazadan ümumilikdə 100 manata yaxın nağd pul və 150 manat məbləğində müxtəlif əşyalar oğurlanıb.
Zərərçəkənin sözlərinə görə o, oğurluq hadisəsindən ertəsi gün işə gələrkən xəbər tutub.
R.İsayev bildirib ki, mağazadan əvvəllər də müxtəlif vaxtlarda oğurluq hadisələri baş verib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад