Главная > Kriminal > Parkda qardaşlar qadına qarşı zor tətbiq ediblər

Parkda qardaşlar qadına qarşı zor tətbiq ediblər


22-02-2021, 12:55. Разместил: azadses
Sumqayıtda qadına qarşı soyğunçuluq edilib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda iki nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.
Həmin vaxt ərazidə xidmət aparan post patrul xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.


Вернуться назад