Главная > Kriminal > DİN həftəsonu törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

DİN həftəsonu törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI


22-02-2021, 10:13. Разместил: azadses
2021-ci il fevral ayının 20-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    
Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.  Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.   
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılmışdır.




Вернуться назад