Главная > Kriminal > Bakıda 36 yaşlı kişini öldürən dəstədən XƏBƏR VAR

Bakıda 36 yaşlı kişini öldürən dəstədən XƏBƏR VAR


8-02-2021, 11:38. Разместил: azadses
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Tural Şirinov, Ramil İsrafilov və Rauf Hənifəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.
İttihama görə, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini, 1979-cu il təvəllüdl Rauf Hənifəyev və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Ramil İsrafilov saxlanılıblar.
İstintaq araşdırması zamanı məlum olub ki, hadisə həmin gün, saat 21.00-da Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsində baş verib.Belə ki, bu qətl hadisəsindən iki gün əvvəl Cəlal Hüseynovla narkotik asılılığı olan Tural adlı şəxs arasında münaqişə yaranıb.İyunun 17-də Tural Cəlal Hüseynovla münasibətləri yenidən qaydasına salmaq qərarına gəlib və M.Əliyev küçəsində onunla görüş təyin edib.
Tural adlı şəxs ora tək gəlməyib. O, tanışları Ruaf Hənifəyev və Ramil İsrafilov ilə birlikdə həmin ünvana gəlib.Bu vaxt tərəflər arasında dava başlayıb, Rauf Hənifəyev Cəlal Hüseynova qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib.
Qeyd edək ki, Rauf Hənifəyev əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunub.Bundan əlavə, o, oğurluq və soyğunçuluğa görə də həbsdə olub. Ramil İsrafilov isə əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Вернуться назад