Главная > Kriminal > Bakıda meyiti doğranaraq zibilliyə atılan qız kimdir? - DƏHŞƏTLİ OLAYDAN YENİ XƏBƏR
Bakıda meyiti doğranaraq zibilliyə atılan qız kimdir? - DƏHŞƏTLİ OLAYDAN YENİ XƏBƏR28-01-2021, 10:02. Разместил: azadses |
Yanvarın 27-nə keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə tapılan naməlum qadın meyitinin kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı meyitin hissələrinin üzərində hər hansı işarəverici əşya və ya digər dəlil aşkarlanmayıb. Bu səbəbdən öldürülmüş şəxsin kimliyini qısa vaxtda öyrənmək mümkün olmayıb. Meyitin hissələrindən qan, tük, dəri və digər nümunlər götürülərək ekspertiziya göndərilib. Vizual olaraq ölən qadının təxminən 25-30 yaşlarında olması ehtimal edilir. Hazırda cinayət hadisəsinin harada törədilməsi, meyitin hissələrinin oraya kim tərəfindən və necə gətirilməsi tam dəqiqləşməyib. Ərazidəki kamera görüntüləri və digər texniki təqib üsulları ilə dəlillərin toplanması istiqamətində iş aparılır. Bildirilir ki, cinayət faktnın araşdırılması ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda qrup yaradılıb və bir neçə müstəntiq bu işin araşdırılmasına cəlb edilib. Qeyd edək ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Вернуться назад |