Главная > Kriminal > Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanıldı
Yevlaxda narkotik alqı-satqısı ilə məşğul olan dəstə saxlanıldı11-01-2021, 11:16. Разместил: azadses |
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əldə edilən məlumat əsasında Yevlax RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən beş qramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. Araşdırmalarla M.Şükürovun ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyən edilib. Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də polis əməkdaşları tərəfindən müəyyən edilib. Belə ki, M.Şükürov və A.Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub. F.Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı Yevlax RPŞ-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan dörd nəfər şəxs şübhəli qismində tutulub.Oxu.az Вернуться назад |