Главная > Kriminal / Manset > Bakıda dəhşətli cinayət: Kişi qızını boğub öldürdü

Bakıda dəhşətli cinayət: Kişi qızını boğub öldürdü


8-01-2021, 18:01. Разместил: azadses
Dekabrın 30-da Bakının Xətai rayonunda qətl hadisəsi törədilib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, NZS qəsəbəsində 1952-ci il təvəllüdlü Xaçmaz rayon sakini Ələkbər Bağırov 1977-ci il təvəllüdlü qızı İradə Paşayevanı boğaraq öldürüb. Bundan sonra həmin şəxs törətdiyi əməli 37-ci Polis Bölməsində etiraf edib.

Ehtimal olunur ki, kişi qızının əxlaqsız hərəkətlərindən şübhələnib.

İ.Paşayeva qəsəbədə mənzili kirayəyə götürüb və orada iki uşağı ilə yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.
Вернуться назад