"Qanuni oğru" Lotu Qulinin iki adamı Odessada saxlanıldı
- 13-08-2020, 08:32
- Kriminal
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Odessada “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qrupuna daxil olan iki nəfəri saxlayıb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Analitikaua.net nəşri UTX-nın mətbuat xidmətinə istinadən yayıb.
Saxlanılanlar millətlərarası mütəşəkkil qrupun üzvləri olub və bölgə sahibkarlarını qorxu içində saxlayırlarmış.
Cinayətkarlar Odessa şəhərinin kənarındakı özəl sektorda tutulub.
Bundan əvvəl, Rusiya Federasiyasının iki vətəndaşı – Emin Əhmədov və İskəndər Hüseynov Moskvada yaşayan Elşən Məmmədovun qətlinə görə 15 il azadlıqdan məhrum edilmişdilər. Elşən mediada yayılan məlumatlara görə, Lotu Qulinin yaxın adamı olub.