Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edilib - FOTO
- 23-10-2022, 14:00
- Kriminal
![](/uploads/posts/2022-10/medium/1666515166_fotojet-2022-10-23t102456_186.jpg)
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![](/uploads/posts/2022-10/medium/1666515178_4b06627e-e30f-3456-8ccf-80cdf3c12c1b.jpg)
![](/uploads/posts/2022-10/medium/1666515089_4d0f6e2f-3767-3c6e-8935-8bd753b362fb.jpg)