DSX-nin rəis müavini: “Terrorçuluğa qarşı mübarizədə altı nəfər saxlanılıb”
Terrorçuluğa qarşı mübarizə çərçivəsində altı nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə DSX-nin rəis müavini general-leytenant Abbas Xəlilov qurumun 103 illiyinə həsr olunan hesabat tədbirində deyib.
A.Xəlilov bildirib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularıına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində iki halda iki nəfər yaralanıb, beş halda beş nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
“Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçularının ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikanın ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunub və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib”.
Rəis müavininin sözlərinə görə, qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib:
“İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub”.
O həm də “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələrinin inşasından da danışıb:
“Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil olunub. 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilib, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib”.