Astara sakininin sitrus bağında çətənə eksperimenti baş tutmadı - FOTO
- 8-07-2022, 17:00
- Kriminal
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətində narkoplantasiya yetişdirən rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Sərək kənd sakini Heydər Alıyev saxlanılıb.
Onun yaşadığı evin həyətindəki sitrus bağının içərisində əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 375 kiloqram olan 1 284 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən digər bir şəxs də saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini B.Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.