Şirvanda iki ildən sonra oğurluq hadisəsinin üstü açılıb
- 3-07-2022, 16:25
- Kriminal
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs iki il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.