Главная > İqtisadiyyat > “Brent” markalı neftin qiyməti 44 dolları ötüb
“Brent” markalı neftin qiyməti 44 dolları ötüb11-11-2020, 08:04. Разместил: azadses |
ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,19 ABŞ dollardan 40,61 ABŞ dollaradək azaldıb. Bu açıqlamadan sonra dünya bazarlarında neft qiymətləri 3,75 % artıb. ''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir. Bakı vaxtı ilə saat 00:05-ə olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,75% artaraq bir barel üçün 43,99 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 3,64% artaraq bir barel üçün 42,1 ABŞ dollarına çatıb. Sonuncu dəfə “Brent” markalı neftin qiyməti 44 ABŞ dollarını sentyabr ayında keçib. Вернуться назад |