Главная > İqtisadiyyat > Səfər Mehdiyev 300 dollara qədər olan limitdən danışıb

Səfər Mehdiyev 300 dollara qədər olan limitdən danışıb


26-08-2020, 09:42. Разместил: azadses
...Biz sadələşdirmə nöqteyi nəzərindən, vətəndaşı düşünərək bu qərarda bəyannaməni bir dəfə təqdim edilməsiin qeyd etmişik, bu isə yanlış anlaşılmaya səbəb olub
"Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə deyil, ümumi gömrük dəyəri 300 ABŞ dollarından artıq olmayan məbləğdə mal gətirmək mümkün olacaq".
 
''Azad Səs'' xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Real"TV-yə müsahibəsində Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən danışarkən deyib.
 
Onun sözlərinə görə, sosial şəbəkələrdə qərarla bağlı səhv fikir formalaşıb.
 
Səfər Mehdiyev qeyd edib ki, qərarın 2,1,4-cü bəndində göstərilir ki,  beynəlxalq poçt göndərişləri vasitəsilə və ya daşıyıcı şirkətlər vasitəsilə Azərbaycan Respublikasına göndərilən poçt göndərişləri hər təqvim ayında bir dəfə üç yüz dollardan artıq olmamaq şərtilə limit verilir ki, rüsumsuz vətəndaşların adına gətirilən malların götürülməsinə imkan verir:" Biz sadələşdirmə nöqteyi nəzərindən, vətəndaşı düşünərək bu qərarda bəyannaməni  bir dəfə təqdim edilməsiin qeyd etmişik, bu isə yanlış anlaşılmaya səbəb olub. Əgər vətəndaş özünə əmindisə və ay ərzində, 300 ABŞ dollarlıq limiti keçməyərək, bir dəfə deyil bir neçə dəfə malları gətirəcəksə, o zaman vətəndaşın burda bir neçə çıxış yolu var: ya hər dəfə gətirdiyi malı bəyan edəcək, və ya daşıyıcı şirkət ilə razılaşır ki, mənim hissə-hissə gələn mallarımı bir dəfə bəyan edəcəm, yəni gömrük anbarında ya da daşıyıcı şirkətin anbarında saxlamaqla 300 ABŞ dollarlıq malı bir dəfə bəyan edərək mal partiyasını götürəcək.
 
Hər iki halda vətəndaşın seçimi burda çox önəmlidir. Seçim hüquqi vətəndaşın yanındadır. Bir dəfə ifadəsi bu qərarda istifadə edilərkən əgər mal partiyası on dəfə gəlibsə on dəfə təkrar-təkrar bəyannamə verməməsi üçün hər təqvim ayı ərzində bir dəfə üç yüz dollar limitini qoymuşuq".
 
Xatırladaq ki, avqustun 21-də Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”; (2.1.4-cü yarımbəndinə edilən dəyişikliyə əsasən qeyd olunan həddlərdən artıq hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən mallar gömrük ödənişlərinə cəlb olunacaq.)

Вернуться назад