Главная > İqtisadiyyat > Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Neftçalada 21,7 min ton pambıq istehsal edilib21-11-2024, 15:45. Разместил: azadses |
Neftçala rayonunda yığım başlanan gündən indiyədək 21 min 700 tondan çox pambıq yığılıb. Bu barədə “Report”un Aran bürosuna Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib. Məlumata görə, bu il rayonda 8 min hektar sahədə pambıq əkilib. Becərmə dövründə aqrotexniki qaydalara əməl edildiyindən pambıq tarlalarında bol məhsul yetişdirilib. Məhsul toplanışının 90-95 faizi pambıqyığan maşınlarla həyata keçirilib. İndiyədək 7 min 400 hektar sahənin məhsulu yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Orta hesabla hər hektardan 27 sentner məhsul götürülüb. Hazırda məhsul yığımı davam edir. Вернуться назад |