Главная > İqtisadiyyat > İmişlidə bostan bitkilərinin əkin sahəsi genişləndirilib

İmişlidə bostan bitkilərinin əkin sahəsi genişləndirilib


20-07-2024, 08:52. Разместил: azadses
Bu mövsüm İmişli rayonunda bostan bitkiləri əkilən sahələr genişləndirilib.

Bu barədə "Report"un yerli bürosuna İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 324.6 hektar sahədə bostan bitkiləri əkilib. Ötən il bu rəqəm 205.8 hektara bərabər olub.

Ümumilikdə ötən il sahələrdən 656 ton bostan məhsulları yığılıb.


Вернуться назад