Главная > İqtisadiyyat > İqtisadiyyat Nazirliyi: Regionlar üzrə ümumi məhsul buraxılışı 3 % artıb

İqtisadiyyat Nazirliyi: Regionlar üzrə ümumi məhsul buraxılışı 3 % artıb


29-05-2024, 15:41. Разместил: azadses
Bu ilin I rübündə Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq (nominal ifadədə) 7,8 milyard manat olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18 % artımla 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.


Вернуться назад