Главная > İqtisadiyyat > Azərbaycan nefti bahalaşdı
Azərbaycan nefti bahalaşdı1-03-2024, 19:00. Разместил: azadses |
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları, yaxud 1,04% artaraq 87,51 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Вернуться назад |