Главная > İqtisadiyyat > Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib
Naxçıvanda ötən il dövlət satınalmalarında büdcə vəsaitlərinə 16 % qənaət edilib31-01-2024, 19:43. Разместил: azadses |
2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları həyata keçirilərkən 9,5 milyon manata və yaxud dövlət büdcəsindən ayrılmış vəsaitin 16 %-nə qənaət edilib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, qənaətin 92,5 %-i açıq tender üsulu ilə, 0,03 %-i təkliflər sorğusu üsulu ilə, 7,47 %-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub. Вернуться назад |