Главная > İqtisadiyyat > AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb
AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb28-12-2023, 14:40. Разместил: azadses |
2023-cü ildə olduğu kimi 2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. Bu barədə "Report" quruma istinadən xəbər verir. Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 31-də, martın 28-də, mayın 1-də, iyunun 21-də, iyulun 31-də, sentyabrın 18-də, oktyabrın 30-da və dekabrın 18-də açıqlanacaq. Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, may, iyul və oktyabr aylarına nəzərdə tutulub. Вернуться назад |