Главная > İqtisadiyyat > “Brent” markalı neftin qiyməti artıb

“Brent” markalı neftin qiyməti artıb


8-12-2023, 13:54. Разместил: azadses
Neft qiymətləri artıb. Lakin tələbin azalması narahatlığı fonunda həftəni “mənfi” ilə başa vurur.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 75,19 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,54 % çoxdur.

Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 1,43 % bahalaşaraq 1 barel üçün 70,33 ABŞ dolları olub.


Вернуться назад