Главная > İqtisadiyyat > Qazaxıstan Azərbaycana qeyri-xammalların tədarükünü 300 milyon dollar artırmağa hazırdır

Qazaxıstan Azərbaycana qeyri-xammalların tədarükünü 300 milyon dollar artırmağa hazırdır


27-10-2023, 11:18. Разместил: azadses
Qazaxıstan Azərbaycana qeyri-xammalın tədarükünü 300 milyon dollar artırmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti paytaxt Astanada qurumun rəhbəri Alibek Kuantırov və Azərbaycan səfiri Ağalar Atamoğlanov arasında keçirilən görüşdən sonra cümə günü teleqramda məlumat yayıb.

“Tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. 2022-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsinin həcmi təxminən 500 milyon dollar təşkil edib. Gələcəkdə bu rəqəm 1 milyard dollara qədər artırıla bilər. Bundan başqa, nazir Qazaxıstanın Azərbaycana yerli emal məhsullarının ixracında maraqlı olduğunu təsdiqləyib. Bunlar təxminən 300 milyon dollar dəyərində 100-dən çox qeyri-xammallardır”, - ismarışda diqqətə çatdırılıb.

Öz növbəsində səfir A.Atamoğlanov bildirib ki, Azərbaycan Qazaxıstana kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağa hazırdır.

Həmsöhbətlər hər iki ölkənin mühüm nəqliyyat dəhlizlərində əlverişli yerləşməsini vurğulayıblar.

“Bu baxımdan Çin və Avropa İttifaqını Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) getdikcə aktuallaşır. TBNM çərçivəsində yükaşırma iki dəfədən çox artım olub. Söhbət zamanı Qazaxıstan neftinin bu marşrutla daşınmasında müsbət dinamika qeyd edilib”, – nazirlikdən bildirilib.

2023-cü ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 398 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 57,2 % çoxdur.


Вернуться назад