Главная > İqtisadiyyat > “Daşkəsən Dəmir Filiz” MMC-yə xarici səhmdarın cəlb edilməsi planlaşdırılır
“Daşkəsən Dəmir Filiz” MMC-yə xarici səhmdarın cəlb edilməsi planlaşdırılır26-10-2023, 12:00. Разместил: azadses |
“Daşkəsən Dəmir Filiz” MMC-yə yeni səhmdarın cəlb edilməsi üçün xarici investorların təkliflərinə baxılır. "Report" xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 7 il əvvəl fəaliyyətə Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” qızıl yatağının istismarı ilə başlanılsa da, bu gün həmin yatağın bazasında 1 regional emal sahəsi, 3 qızıl və 1 dəmir mədəni, eləcə də yeni əlvan və qara metal filizi yataqlarının istismarına hazırlıq işləri görülür. Sədr müavini bildirib ki, gələcəkdə hədəflənən digər irimiqyaslı layihə “Filizçay” polimetal yatağının istismara verilməsidir: "Ölkəmizin şimalında yerləşən yataq qızıl, gümüş, mis, sink, qurğuşun kimi əlvan metallarla zəngindir. Hazırda metallurji təqdiqatların davam etdiyi “Filizçay” tərkibində olan filiz ehtiyatlarının həcminə görə dünyanın ən iri polimetal yataqları sırasında öncül yerlərdə qərarlaşıb. Biz “Filizçay” layihəsinin icrası istiqamətində də faydalı əməkdaşlıq modeli yaratmağı düşünürük. Həmçinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl mədəni layihəsi də xarici investisiyaya açıq perspektivli layihələrimizdən biridir". Вернуться назад |