Главная > İqtisadiyyat > Azərbaycanda 9 ayda haqsız rəqabətə yol verən 13 bazar subyekti cərimələnib
Azərbaycanda 9 ayda haqsız rəqabətə yol verən 13 bazar subyekti cərimələnib19-10-2023, 16:12. Разместил: azadses |
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabətə yol vermiş 13 bazar subyektinə 205 min manat maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verib. "Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə haqsız rəqabətə yol verilməsi əlamətləri üzrə 28 işə baxılması başa çatıb, 19 işə baxılması isə davam edir. Вернуться назад |