Главная > İqtisadiyyat > Rəşad Qədimov: "Xəzər İnşaat Həftəsi çərçivəsində builki sərgilərin miqyası daha da genişlənəcək"
Rəşad Qədimov: "Xəzər İnşaat Həftəsi çərçivəsində builki sərgilərin miqyası daha da genişlənəcək"17-10-2023, 10:24. Разместил: azadses |
Regionun tikinti sahəsindəki ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi ilə oktyabrın 19-21 tarixlərində payız sərgi mövsümünə start veriləcək. "Report" xəbər verir ki, bunu Xəzər İnşaat Həftəsinin layihə meneceri Rəşad Qədimov sərgiyə həsr edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgiləri təşkil ediləcək. "Bu tədbirlərlə yanaşı eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi baş tutacaq. Beləliklə, ənənəvi sərgi məkanı olan Bakı Ekspo Mərkəzi 4 mühüm tədbirə eyni zamanda ev sahibliyi edəcək". R.Qədimov deyib ki, builki sərgilərin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirilir: "Ötən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zal istifadəyə verilib. Həmçinin açıq sahədə stendlər nümayiş olunacaq. Sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu mühüm hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz əksini tapacaqdır. Bakı Ekspo Mərkəzində Ulu Öndərin Qarabağla bağlı fəaliyyətini və bu bölgəyə səfərlərini əks etdirən stend nümayiş olunacaq". O bildirib ki, inşaat həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Sloveniya, Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alacaq: "Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunacaq. Türkiyə sərgidə ikinci böyük əraziyə sahibdir". R.Qədimov qeyd edib ki, çoxillik tarixə malik olan "BakuBuild" və "Aquatherm Baku" sərgiləri tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir. Onun sözlərinə görə, "BakuBuild" sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır:"Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. "BakuBuild" müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər". R. Qədimov deyib ki, İnşaat Həftəsi günlərində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək: "Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Qeyd edək ki, bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək". O əlavə edib ki, sərgilər İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri tərəfindən dəstəklənir. Вернуться назад |