Главная > İqtisadiyyat > Azərbaycan və Rusiya enerji şirkətləri birgə əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Rusiya enerji şirkətləri birgə əməkdaşlığı müzakirə ediblər12-10-2023, 21:02. Разместил: azadses |
Azərbaycan və Rusiya enerji şirkətləri arasında birgə layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. “Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla keçirdiyi görüşdə bildirilib. A. Novakla görüşdə Azərbaycan ilə Rusiya arasında neft-qaz hasilatı, nəqli və neft məhsullarının təchizatı, həmçinin elektrik enerjisi üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib. İranın “Monenco” şirkəti tərəfindən Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması istiqamətində görülən işlərə, eləcə də “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. P. Şahbazovun keçirdiyi bir sıra ikitərəfli görüşlərlə yanaşı Rusiya ilə ikitərəfli enerji əlaqələri, həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilməsinə dair məsələlərin müzakirəsi energetika naziri Nikolay Şulqinov ilə görüşdə də davam etdirilib. P. Şahbazov Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb. Görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında enerji əməkdaşlığının rolundan bəhs edilib. Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tacikistanın energetika və su resursları naziri Daler Cuma ilə görüşdə isə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın ölkəmizlə geniş enerji əməkdaşlığı qurmaqda maraqlı olduğu ifadə edilib. Вернуться назад |