Главная > İqtisadiyyat > EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını yeniləyib
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını yeniləyib27-09-2023, 14:33. Разместил: azadses |
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 % artacağını proqnozlaşdırır. “Report” xəbər verir ki, bu barədə EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib. Sənədə əsasən, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır. EBRD gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,5 % olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0,2 faiz bəndi azdır. Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,9 % (proqnoz dəyişməyib), gələn il isə 3,1 % (0,2 faiz bəndi az) böyüyəcəyini bəyan edib. Вернуться назад |