Главная > İqtisadiyyat > Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 7 % artıb7-08-2023, 18:35. Разместил: azadses |
Bu il avqustun 1-nə Azərbaycanda 1 470 553 vergi ödəyicisi uçotda olub. "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 7,3 % çoxdur. Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7 %, təşkilatların sayı isə 9,3 % artıb. Вернуться назад |