Главная > İqtisadiyyat > KİV: Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalana bilər

KİV: Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalana bilər


3-08-2023, 21:51. Разместил: azadses
Türkiyə ilə Rusiya arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalana bilər.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində belə bir müqavilənin imzalanması mümkündür.

Xatırladaq ki, avqust ayında V.Putinin Türkiyəyə səfəri gözlənilir. V.Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 2-də telefon danışığı zamanı səfər barədə razılığa gəliblər. Səfərin dəqiq tarixi hələ ki məlum deyil.


Вернуться назад