Главная > İqtisadiyyat > “Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib

“Azərbaycan Beynəlxalq Bankı”na məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib


20-07-2023, 18:35. Разместил: azadses
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 21 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, Əksər avtomobillər üzrə hərrac rəqabətli olub.

Belə ki, “Hyundaı İX-35” markalı avtomobilin start qiyməti 16 000 manat olsa da, son təklif 20 500 manata yüksəlib. Bundan başqa, 2 500 ilkin satış qiyməti ilə təklif edilən “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi 17 200 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3547Fw linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.


Вернуться назад