Главная > İqtisadiyyat > İva Petkova: “Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində dönüş nöqtəsi olub”

İva Petkova: “Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyində dönüş nöqtəsi olub”


1-07-2023, 20:10. Разместил: azadses
Azərbaycan qazının tədarükü Bolqarıstanın enerji təhlükəsizliyində dönüş nöqtəsi olub.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın energetika nazirinin müavini İva Petrova deyib.

O bildirib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istismara verilməsi dönüş nöqtəsi olub: “Çünki bu kəmər mayeləşdirilmiş təbii qaz (LNG) terminalına, eləcə də Azərbaycandan Bolqarıstana təbii qaz nəql edən Cənub Qaz Dəhlizinə çıxışı təmin edib.

Nazir müavini qeyd edib ki, digər mühüm layihə Bolqarıstanın “Bulgartransgaz” şirkətinin pay sahibi olduğu Aleksandrupolis limanındakı terminaldır: “Ümid edirik ki, ilin sonuna qədər bu terminal fəaliyyətə başlayacaq. “Bulgargaz” terminalda 1 milyard kubmetr tutum rezerv edib”.

O qeyd edib ki, Bolqarıstan Serbiya və Şimali Makedoniya ilə qaz əlaqələrinin birləşdirilməsi, həmçinin Cirendə qaz anbarı tutumunun artırılması üzərində işləyir: “Biz Avropa İttifaqının təşəbbüsü ilə yaradılmış ümumi qaz təchizatı platformasında iştirak edirik. Bu səylər həm ölkə, həm də Cənub-Şərqi Avropa regionu üçün tədarükün şaxələndirilməsinə gətirib çıxarıb”.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.


Вернуться назад