Главная > İqtisadiyyat > Məmməd Abbasbəyli: “Dövlət satınalmaları sahəsində kifayət qədər problemlər var”

Məmməd Abbasbəyli: “Dövlət satınalmaları sahəsində kifayət qədər problemlər var”


22-06-2023, 20:47. Разместил: azadses
Azərbaycanda dövlət satınalmaları sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq qanunvericiliyin qeyri-mükəmməl olmasından irəli gələrək hazırda kifayət qədər problemlər var.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlərlə rastlaşılıb: “Keçən il dövlət təşkilatlarının davranışlarında yol verildiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv edilib".
Вернуться назад