Главная > İqtisadiyyat > Rəşad Orucov: “Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

Rəşad Orucov: “Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"


22-06-2023, 18:19. Разместил: azadses
Bu gün Azərbaycanda elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Elektron pul bazarındakı oyunçuların apardıqları əməliyyatların məbləği ilə bağlı dəqiq statistika apara bilmirik. Yəqin ki, xüsusilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbulundan sonra bu statistika dəqiq olacaq”, - deyə o qeyd edib.

AMB rəsmisi onu da deyib ki, bu sahəyə böyük maraq var və aktiv istifadəçilərin sayı daima artır.


Вернуться назад