Главная > İqtisadiyyat > "Starwood Capital Group” ARDNF-lə əməkdaşlığı genişləndirmək istəyir
"Starwood Capital Group” ARDNF-lə əməkdaşlığı genişləndirmək istəyir12-06-2023, 16:33. Разместил: azadses |
Dünyanın aparıcı investisiya şirkətlərindən biri, alternativ investisiyaların idarə edilməsi ilə məşğul olan “Starwood Capital Group” şirkəti Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlığı genişləndirmək istəyir. "Report" xəbər verir ki, bunu şirkətin təsisçisi və icraçı direktoru Berri Sternlix bu gün Prezident İlham Əliyevlə görüşdə bildirib. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən B.Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, ARDNF-lə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar. Dövlət başçısı isə dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Fondun “Starwood Capital Group”la sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb. Вернуться назад |