Главная > İqtisadiyyat > Türkiyənin energetika naziri: “Avropanın qazla təminatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”
Türkiyənin energetika naziri: “Avropanın qazla təminatı ilə bağlı Azərbaycanla danışıqlar aparırıq”22-05-2023, 07:44. Разместил: azadses |
“Türkiyə Avropanı qazla təminatı ilə bağlı Azərbaycan və digər ölkələrlə danışıqlar aparır”. Haber Global xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib. Türkiyə Avropanı təxminən 40 milyard kubmetr qazla təmin edə biləcək. Hazırda Ankara ilə 15 ölkə, o cümlədən Azərbaycan, Fars körfəzi dövlətləri ilə danışıqlar aparılır. Nazir bildirib ki, bir il ərzində Türkiyədə Avropaya qaz nəqli üçün terminal fəaliyyətə başlayacaq. Təbii qazın Türkiyə üzərindən Avropa ölkələrinə tranziti terminalı il ərzində maksimum qazanc əldə edəcək. Onun sözlərinə görə, layihə xüsusilə qovşağın olub-olmayacağını soruşmayan, lakin nə vaxt işə başlayacağı ilə maraqlanan Cənubi Avropa ölkələri üçün vacibdir. "Qaz ticarət mərkəzi bir il ərzində maksimum qazanc əldə edəcək. Onun fəaliyyət göstərməsi sayəsində Avropa ölkələrinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq", - Dönməz bildirib. Вернуться назад |