Главная > İqtisadiyyat > “Yüksəliş” müsabiqəsinin qalibi Mərkəzi Bankın layihələrində iştirak edə bilər

“Yüksəliş” müsabiqəsinin qalibi Mərkəzi Bankın layihələrində iştirak edə bilər


15-05-2023, 19:54. Разместил: azadses
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədli fərdi inkişaf proqramı əsasında Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Müzakirələr Mərkəzi Bankın sədri Taleh Kazımovun E. Məmmədli ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə keçirtdiyi görüşdə baş tutub.

Görüşdə Mərkəzi Bank tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.


Вернуться назад