Главная > İqtisadiyyat > Elçin İbadov: “Petkim”in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya edilib”
Elçin İbadov: “Petkim”in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya edilib”26-04-2023, 18:03. Разместил: azadses |
“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi fəaliyyətə başladığı 2008-ci ildən bəri Azərbaycana heç bir dividend ödənilməyib”. “Report”un məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə’’nin Baş direktoru Elçin İbadov bildirib. Onun sözlərinə görə, “Petkim”in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya olunub. Bu gün “Petkim”in Türkiyədə yeganə inteqrə olunmuş neft-kimya istehsalçısı olduğuna diqqət çəkən E. İbadov bildirib ki, hazırda “Petkim” Türkiyədə neft-kimya məhsullarına olan tələbatın 12%-ni qarşılayır: “Əvvəllər bunun nisbəti daha yüksək idi. Amma təbii ki, bazar və tələbat böyüdükcə, neft-kimya məhsullarının istehsalının həcmi artdıqca, bazar payımız 12% təşkil edib”. Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir. “SOCAR Turkey Enerji” “Petkim”in nəzarət səhm paketinin (51%) sahibidir. Вернуться назад |