Главная > İqtisadiyyat > Yaşayış minimumu təsdiqləndi

Yaşayış minimumu təsdiqləndi


25-11-2019, 13:23. Разместил: azadses
Gələn il ehtiyac meyarı da 160 manat olacaq
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.
2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələsi də müzakirə edilib. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib və  ikinci oxunuşda qəbul edilib.
Qanunlar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


 


Вернуться назад