Главная > İqtisadiyyat > Bu xəbərdən sonra neft kəskin ucuzlaşdı

Bu xəbərdən sonra neft kəskin ucuzlaşdı


4-03-2023, 10:17. Разместил: admin
Bu xəbərdən sonra neft kəskin ucuzlaşdı

Martın 3-də “The Wall Street Journal” (WSJ) tərəfindən yayılan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) OPEC-dən çıxmaq planları ilə bağlı xəbərlər fonunda neft kəskin ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, WSJ-nin məlumatına görə, BƏƏ Səudiyyə Ərəbistanı ilə fikir ayrılığı səbəbindən OPEC-dən çıxmaq imkanını nəzərdən keçirir.
Ətraflı

OPEC-in əsas üzvlərindən olan BƏƏ neft hasilatını azaltmağa məcburdur ki, bu da dövlətin neft gəlirlərinin azalmasına səbəb olur. Qəzetin yazdığına görə, BƏƏ hökumətinin bəzi üzvləri mövcud vəziyyətdən narazıdırlar və onu dəyişmək niyyətindədirlər. Eyni zamanda, WSJ qeyd edir ki, BƏƏ-nin OPEC-dən çıxması təşkilatın dünya neft bazarlarında təsirinin zəifləməsinə səbəb ola bilər.

Xəbərin dərc olunmasından bir neçə saat sonra Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri 2,1 faiz ucuzlaşaraq 82,97 dollar olub. Halbuki əvvəl neftin bir barreli 84 dollara satılırdı. WTI markalı neftin aprel fyuçerslərinin dəyəri də eyni vaxtda 2,25 faiz azalaraq bir barel üçün 76,4 dollar olub. Xəbər dərc olunmamışdan öncə WTI fyuçersləri bir barel üçün 77,5 dollara satılırdı.
Вернуться назад