Главная > İqtisadiyyat > Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”
Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”5-08-2020, 11:00. Разместил: azadses |
“2020-ci ilin ikinci yarımili üçün iqtisadiyyata təhlükələr var”. Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bu təhlükələr, əsasən, gəlirlərin azalması ilə bağlıdır. “Gəlirlər ona görə azalır ki, büdcəyə mədaxil azalır”, - deyə S.Şərifov əlavə edib. Nazir söyləyib ki, hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənməsi təklif olunur. Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu. Вернуться назад |