Главная > İqtisadiyyat / Manset > Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır
Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır2-11-2022, 15:25. Разместил: admin |
“Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır”. “Report” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu hesabat ölkənin “yaşıl inkişafı”nın bütün əsas aspektlərini, o cümlədən “mavi iqtisadiyyat”ı əhatə edir. Bundan əlavə, Dünya Bankı ölkənin aşağı karbonlu iqtisadiyyata keçidi ilə bağlı hesabat hazırlayacaq. “Azərbaycan son 30 ildə çox böyük iqtisadi uğurlar qazanıb, o cümlədən Dünya Bankının donoruna çevrilib. Azərbaycan “yaşıl transformasiya” üzrə qlobal lider olmaq potensialına malikdir”, - S.Maykl bildirib. Onun sözlərinə görə, Azərbaycanın beş strateji prioriteti çox mühüm məsələlərə, o cümlədən “yaşıl keçid”ə yönəlib ki, bu da ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək. Вернуться назад |