Главная > İqtisadiyyat > Orxan Məmmədov: “Aqrar sığorta geniş tətbiq olunmur”
Orxan Məmmədov: “Aqrar sığorta geniş tətbiq olunmur”28-09-2022, 17:41. Разместил: admin |
“Azərbaycanda aqrar sığorta geniş tətbiq olunmur və bu, sahibkarların əsas problemlərindən biridir”. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə KOBİA-nın sədri Orxan Məmmədov bildirib. O, sahibkarlarla müxtəlif vaxtlarda olan görüşləri zamanı onları narahat edən problemləri öyrənərək müəyyən nəticələrə gəldiyini qeyd edib: “Əsas problemlərdən biri aqrar sığortanın geniş tətbiq olunmamasıdır. Bununla bağlı rayonlar üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi çox vacibdir. KOB dostlarının, müxtəlif internet resurslarının cəlb olunması təklif oluna bilər”. Bundan başqa, O.Məmmədovun sözlərinə görə, 2-ci problem suvarma ilə bağlıdır: “Suyun olmaması və yaxud çatışmazlığı önəmli problemlərdəndir. Sahələrdə su hövzələrinin salınmasına icazə verilməməsi də əsas problemlər arasındadır. Bu barədə çox danışılsa da, problem hələ aktuallığını itirməyib. Suvarma kanallarında yenilənmə işlərinin sürətləndirilməsi, resursların daha səmərəli istifadəsi bu problemin həllinə müəyyən qədər təsir edə bilər. 3-cü əsas problem isə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlə istifadə olunması ilə bağlıdır. Bu məsələ də geniş müzakirə olunmaqdadır. Təsərrüfat subyektlərinin ərazilərində xidməti tikililərin, saxlanc yerlərinin qurulmasına icazə verilmir və sahibkarlar mütəmadi olaraq cərimələnirlər. Buna görə də, təklif edirik ki, belə hallarda müvafiq tikililərin qurulmasına icazə mexanizmlərinin hazırlanması ilə bağlı qanunvericiliyə yenidən baxılsın”. Вернуться назад |