Главная > İqtisadiyyat > Banklar niyə rubl satmır? - ŞƏRH + FOTO
Banklar niyə rubl satmır? - ŞƏRH + FOTO9-09-2022, 16:46. Разместил: admin |
Azərbaycan banklarının bəzilərində rubl satışı dayandırılıb. Əvvəlki dövrlərə nisbətən bu daha çox hiss olunur. Rubl satışının zəifləməsini davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər. Hazırda Rusiya Federasiyasında banklarda nağd dolların tükəndiyi, ona görə də valyutanı yalnız qara bazarda və rəsmi qiymətdən daha yüksək məzənnə ilə almağın mümkün olduğu bildirilir. Bəs görəsən, Azərbaycan bankları rubl satışını niyə dayandırıb? Rusiya ilə aramızda pulköçürmələrdə hansı valyutadan istifadə olunur? Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ölkədə rublun bəzi banklarda satışının olmaması bankların daxili məsələsidir: “Bununla bağlı dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Rusiya ilə Azərbaycan arasında rubl transferi azalıb. Çünki digər valyutalardan daha çox köçürmələr həyata keçirilir. Hər bank tranzaksiyaları həyata keçirə bilmir. Bəzi hallarda bizim sahibkarlar da öz vəsaitlərini oradan geri almaqda və pul köçürmələrində çətinlik çəkirlər. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi Rusiya ilə Azərbaycan arasında köçürmələrə mənfi təsir göstərir”. Ekspert qeyd edib ki, rublun satışı bu gün banklara sərf etmir: “Rublun satışı rentabelli deyil. Banklar kommersiya strukturu olduğu üçün bu alış-veriş getmir. Hüquqi şəxslərlə bağlı köçürmələrdə heç bir problem yoxdur. Rusiyadan Azərbaycana köçürmə rublladırsa, bunu vətəndaşa təqdim edə bilirlər. Dollarladırsa, onu vətəndaşa təqdim edə bilmirlər. Bu gün bütün pulköçürmə kanalları ayrıldığı üçün banklar xeyli çətinliklər yaşayır. Rublla əməliyyat etmək imkanları məhdudlaşır”. E.Kərimli əlavə edib ki, hazırda ölkəmizə Rusiyadan transferlərdə azalma müşahidə olunur: “Rusiyanın iqtisadi vəziyyəti gərginləşdiyindən orada fəaliyyət göstərən bizim həmvətənlərimizin maliyyə vəziyyətinə mənfi göstərir. Bəzi banklar var ki, köçürmələri həyata keçirə bilirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bankları və bizim Rusiyada olan bankların filialları vasitəsilə köçürmələri həyata keçirmək olur”. Вернуться назад |