Главная > İqtisadiyyat > Aİ yaşıl enerjiyə 300 milyard avro sərmayə qoyur
Aİ yaşıl enerjiyə 300 milyard avro sərmayə qoyur30-08-2022, 11:48. Разместил: admin |
Rusiyadan enerji asılılığını mərhələli şəkildə ləğv etmək səyləri çərçivəsində Avropa İttifaqı (Aİ) yaşıl enerjiyə 300 milyard avro sərmayə qoyur. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sloveniyada keçirilən Beynəlxalq Strateji Forumda çıxışı zamanı deyib. O, elektrik enerjisinin qiymətlərinin sürətlə artmasını bazarının mövcud strukturunda məhdudiyyətlərin olması ilə izah edib. Onun sözlərinə görə, hazırda Komissiya təcili müdaxilə və elektrik enerjisi bazarında struktur islahatları üzərində işləyir. Avropa Komissiyasının sədri yaşıl enerji üçün lazım olan bütün nadir elementlərin üçdə birinin Çində hasil edildiyinə də aydınlıq gətirib. O bildirib ki, Avropa İttifaqı Çindən asılı olmamalıdır. Вернуться назад |